16 May 2024, Cümə axşamı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 66,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,26 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel çoxdur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən  verilən məlumata görə, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzalar və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrini, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələri xahiş olunur: “Bəzi yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm-dən, yük avtomobillərində 1 mm-dən, avtobuslarda 2 mm-dən, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər.

Digər günlərə nisbətən nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması baxımından sürücülərə hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

Ətraflı: Polisdən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

«44 günlük İkinci Qarabağ müharibəsi arxada qalsa da onun nəticələri, ən əsası Ermənistanın müharibə dövründə də beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymaması geniş şəkildə müzakirə  olunmaqda, hazırlanan hesabatlarda öz əksini tapmaqdadır. Diqqət çəkən məqam istər  müharibədən əvvəl, istərsə də müharibənin gedişi zamanı işğalçı Ermənistana dəstək olub hesabatlarında onu haqlı, Azərbaycanı isə haqsız tərəf kimi  qeyd edən beynəlxalq hüquq müdafiə  təşkilatlarının  müharibədən  sonra  reallıqları etiraf etmələri, həqiqətlərə həqiqət gözü ilə baxmalarıdır.   Bu baxımdan “Amnesty International” təşkilatının hesabatları diqqətçəkəndir. Belə ki, qurum növbəti dəfə   44 günlük müharibə zamanı Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsi nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə dair  hesabat yayıb. Hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-dəqiq ballistik raketlərdən, idarəolunmayan çoxsaylı raket sistemlərindən və artilleriya silahlarından istifadə edildiyi bildirilir.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bidirib.

Ətraflı: Vüqar Rəhimzadə: “Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində...

İnkişaf və tərəqqi ünvanı

Bu gün ölkəmiz və onun Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, çiçəklənir. Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi, dövlətimizin başçısının diqqət və qayğısı, çəkilən gərgin əmək və misilsiz əzmkarlıq nəticəsində inkişaf və tərəqqi dövrünü yaşayan Naxçıvan bu yüksəlişə 30 ilə yaxındır ki, davam edən blokada şəraitində nail olub. Bu, Ulu Öndərimizin siyasi xəttinin Naxçıvan təntənəsidir.

Otuz ilədək bir dövrdə blokada şəraitində yaşayan Naxçıvanda yüksək iqtisadi fəallığa nail olunması, davamlı quruculuq işlərinin aparılması, sosial problemlərin səmərəli həlli və ən əsası, əhalinin güzəranının yaxşılaşdırılması daim diqqət mərkəzində olub, bu istiqamətlərdə çox böyük nailiyyətlər əldə edilib. Bu isə heç də asan olmayıb. Ötən əsrin 90-cı illərinin əvvəllərindən həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində əvvəlcə inkişaf və tərəqqi üçün mühüm amil olan ictimai-siyasi sabitlik təmin edilib. Ulu Öndərimizin əsasını qoyduğu inkişaf strategiyasının davam etdirilməsi nəticəsində bütün fəaliyyət sahələrində yeniləşməyə yol açan səmərəli iqtisadi siyasət kursu götürülüb. Şəhər və rayonlarda canlanma yaranıb. İş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb. Minlərlə yeni iş yerləri açılıb. Şübhəsiz ki, həyata keçirilən tədbirlər insan amilinə yönəldilib. O da öz nəticəsini göstərib. Muxtar respublika əhalisinin yaşayışında və həyat tərzində əsaslı dəyişikliklər baş verib.

Ətraflı: İnkişaf edən Naxçıvan: Heydər Əliyev ideyalarından güc alan misilsiz əzmkarlıq nümunəsi

Bu il 38 nəfər nəzarətçi-müəllim Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fəxri fərmanla təltif edilib. Ümumilikdə 12 ildə təltif edilən müəllimlərin sayı 363 nəfər olub.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinörə, DİM-in bazasında 15 mindən çox nəzarətçi-müəllim barədə məlumat var:

”2008-ci ildən başlayaraq, nəzarətçi müəllimlərin işlərini qiymətləndiririk. 10 ildən çox bizimlə əməkdaşlıq edən, təyin edildyi zallarda köçürmə halına yol verməyən, imtahan protokolunda qeyri-kafi qiymət almayan və s. kriteriyalara uyğun olan nəzarətçilər mükafatlandırılır. Fəxri fərman alan müəllimlər isə daha ciddi kriteriyalar əsasında seçilir”.

M.Abbaszadə əlavə edib ki, bu il 50 nəzarətçi-müəllim DİM-in imtahanlarında iştirak etdikdən sonra sentyabrda başlayan müharibədə iştirak edib. Onların 4-ü şəhid olub.

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR