16 May 2024, Cümə axşamı

Ordumuzun düşməndən təmizlədiyi ərazilərdə uzun illərdən sonra ilk dəfə Azərbaycan bankının xidmətlərindən istifadə mümkün olub. Azərbaycan Beynəlxalq Bankı Hadrut qəsəbəsində özünün ATM-i quraşdırıb.

Bu barədə  Azərbaycan Beynəlxalq Bankından bildiriblər.

Qeyd olunub ki, Hadrut və yaxın ərazilərdə bank xidmətlərinə ehtiyac duyan vətəndaşlarımız bu imkandan faydalana bilərlər:

"ATM-lərlə müxtəlif ödənişlər etmək, köçürmələr aparmaq, vəsait nağdlaşdırmaq və s. bu kimi bank xidmətlərindən istifadə etmək mümkündür".

Əlavə edilib ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək quruculuq-bərpa və əhalinin qayıdışı proqramına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı da bu ərazilərdə yeni xidmət ofislərinin açılması, o cümlədən bankın ATM-lərinin quraşdırılması tədbirlərini reallaşdıracaq.

 

 

 

 

 

 

Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında deyilir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Ətraflı: Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək - Prezident Administrasiyası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycan Respublikasının altı aeroportunun coğrafi koordinat indeksləri siyahısına daxil edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edib.

Nazirlikdən verilən məlumata görə, agentliyin müraciəti qurum tərəfindən müsbət cavablandırılıb.

“ICAO”nun cari ilin dekabr ayında işıq üzü görəcək 7910/178 nömrəli sənədinin yeni nəşrində Azərbaycanın daha altı aeroportunun adı və kodu olacaq.

Qeyd edək ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrində Zabrat, Yevlax və Naftalan aeroportları ilə yanaşı, Ağdam, Füzuli və Xankəndi aerodromları da yer alacaq.

Eyni zamanda aerodromlarla bağlı informasiya Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunun yeni nəşrində əksini tapacaq.

 

 

 

 

Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan vəzifəsindən azad edilib.

Bunu Ermənistan parlamentin müdafiə komissiyasının rəhbəri Andranik Köçəryan etirazçılar ilə görüşdə bəyan edib.

Qeyd edək ki, bugün Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısında itkin düşənlərin yaxınları tərəfindən etiraz aksiyası keçirilib.

Burada gördüklərimiz Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosfordan istifadə olunmasının növbəti faktıdır. ANAMA-nın nümayəndəsi tərəfindən ətraflı məlumat verildi. Bundan əvvəl də Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosforlu mərmilərdən istifadə edilmişdi.

Bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir qrup yerli və beynəlxalq jurnalistin Füzuli rayonuna səfəri zamanı bildirib.

Hikmət Hacıyev deyib: “Biz hələ hərbi əməliyyatların gedişində məlumat vermişdik ki, Ermənistan silahlı qüvvələri Şuşa ətrafında meşələri yandırmaq üçün ağ fosfordan geniş şəkildə istifadə edib. Təkcə bu əməliyyatlarda deyil, bundan əvvəlki əməliyyatlarda da - 2016-cı ilin Aprel döyüşlərində də Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosfordan geniş şəkildə istifadə olunub. Onların əsas hədəfi mülki obyektlər və mülki insanlar, əkin sahələri, həmçinin Azərbaycan Silahlı Qüvvələri olub. Bu barədə məlumatlar toplanılır. Beynəlxalq təşkilatlara, o cümlədən kimyəvi silahların qadağan olunması üzrə beynəlxalq təşkilata məlumat veriləcək. Ermənistan ağ fosfordan istifadəni özündə ehtiva edən müvafiq konvensiyalara qoşulmayıb. Ağ fosfor kimyəvi silah hesab edilməsə də, bunun çox böyük zərərverici xüsusiyyətləri var. İnsan orqanizminə daxil olduğu təqdirdə bunun qısa müddətdə ölümə və ciddi yanğıya səbəb ola biləcək təsirləri var”.

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR