22 Dekabr 2024, Bazar

Finlandiyanın Tampere şəhərində keçirilən 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı davam edir. Azərbaycan Avropa çempionatında 24 karateçi və 5 hakimlə təmsil olunub. Onlardan biri də Naxçıvan Karate-do Federasiyasının idmançısı, hazırda karyerasını millinin heyətində davam etdirən Rəşid Süleymanovdur.

Yeniyetmə idmançımız qitə birinciliyində gün ərzində 5 görüş keçirib. İlk üç qarşılaşmada Devid Frederikson (Danimarka), Fran Host (Xorvatiya) və Zuniqa Mateonu (Almaniya) məğlub edən təmsilçimiz yarımfinal mərhələsində rusiyalı Kiril Miçko üzərində əldə etdiyi qələbə ilə adını finala yazdırıb. Həlledici görüşdə belaruslu Artem Şaruba ilə qarşılaşan Rəşid Süleymanov 6:0 hesablı nəticə ilə Avropa çempionu tituluna yiyələnib. Azərbaycan idmançıları yarış gününü, ümumilikdə, 2 qızıl və 1 bürünc medalla tamamlayıblar.
Qeyd edək ki, Avropa çempionatında 45 ölkədən 996 idmançı mübarizə aparır.

Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR