22 Dekabr 2024, Bazar

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən bədii gimnastika kursunu bitirən müəllimlərə sertifikatlar təqdim edilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən kurs bir ay davam edib.
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov tədbirdə çıxış edərək bildirib ki, muxtar respublikada bədii gimnastikanın inkişafı, bu idman növü üzrə idmançıların hazırlanması daim diqqət mərkəzindədir. Federasiyanın tabeliyində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman Klubunda 100, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 35, Ordubad Rayon Uşaq-Gənclər İdman Məktəbində 20, Naxçıvan Dövlət Texniki Kollecində 15, Naxçıvan Qızlar Liseyində 10 olmaqla, ümumilikdə, 180 qız hazırda gimnastika ilə məşğul olur.

Rəhman Məmmədov bədii gimnastika üzrə məşqçi-müəllim hazırlığı məqsədilə təşkil edilən kursun əhəmiyyətindən də danışıb. Bildirilib ki, bu idman növü üzrə məşqçi-müəllimlərin hazırlanması həm ümumtəhsil məktəblərində, həm də ali və orta ixtisas təhsili müəssisələrində gimnastikanın inkişafına öz töhfəsini verəcək. Bu təhsil müəssisələrində bədii gimnastika idman klubları yaradılacaq, şagirdlər və tələbələr bədii gimnastika ilə məşğul olmaq imkanı əldə edəcəklər.
Tədbirdə kursu müvəffəqiyyətlə bitirən ümumtəhsil məktəblərinin müəllimləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri olmaqla, ümumilikdə, 15 müəllim və tələbəyə sertifikat, kursu yüksək səviyyədə təşkil etdiyinə görə “Xatun” Bədii Gimnastika İdman Klubunun rəhbəri Humay Qafarovaya federasiyanın təşəkkürnaməsi təqdim olunub.
Sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Bədii gimnastika dərnəyi üzvlərinin nümunəvi çıxışları izlənilib.
Sonda federasiya sədri yeni sertifikat alan müəllim və tələbələrin fikirlərini dinləyib, xatirə şəkli çəkdirilib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR