01 Noyabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında keçirilən yığıncaqda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Ülkər Bayramova çıxış edib. Bildirib ki, Müvəkkil təsisatı muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, həmçinin bu hüquqların davamlı inkişafına yönəlmiş tədbirləri 2019-cu ildə də davam etdirib, Müvəkkil fəaliyyətini, əsasən, daxil olan müraciətlərin araşdırılması, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, preventiv mexanizm funksiyasının icrası, dövlət orqanları, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirib.

 2019-cu ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 87 müraciətin daxil olduğunu diqqətə çatdıran Ülkər Bayramova bildirib ki, müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb.

Vurğulanıb ki, cari ildə Müvəkkil təsisatı tərəfindən, ümumilikdə, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə 81 tədbir keçirilib, habelə hüquqi maarifləndirici vəsaitlər təqdim edilib. Müvəkkil preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 107 başçəkmə həyata keçirib, preventiv mexanizmin fəaliyyəti və insan hüquqlarının digər sahələri üzrə keçirilən maarifləndirmə tədbirlərində 1350 nəfər iştirak edib.
Ombudsman bildirib ki, 2019-cu il ərzində Müvəkkil təsisatında beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici ölkələrin səfirliklərinin nümayəndələri ilə keçirilən görüşlərdə, həmçinin Müvəkkilin iştirak etdiyi beynəlxalq konfranslarda muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlər, təsisatın fəaliyyəti barədə geniş məlumat verilib.
Qeyd edilib ki, cari ildə muxtar respublikanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığın daha da genişləndirilməsi və fəaliyyətin əlaqələndirilməsi istiqamətində işlər davam etdirilib, ümumilikdə, 493 informasiya materialı Müvəkkilin rəsmi internet səhifəsində və digər kütləvi informasiya vasitələrində yerləşdirilib.
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova qarşıda duran vəzifələrdən danışaraq qeyd edib ki, 2020-ci ildə də Müvəkkil təsisatı müvafiq sahələr üzrə fəaliyyətini davam etdirərək əldə edilən müsbət təcrübənin daha da inkişaf etdirilməsi və mütəmadi təkmilləşdirilməsi istiqamətində səylərini artıracaqdır.
Sonra məruzə ətrafında çıxışlar olub.


Naxçıvan Muxtar Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) mətbuat xidməti

* * * 

Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasını nazir Bəhruz Bayramov açaraq bildirib ki, qəbul edilmiş dövlət pro­qramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafına səbəb olub.
Qeyd olunub ki, aqrar sahədə infrastruktur yaxşılaşdırılmaqla əkinçilikdə yüksək göstəricilərə nail olunub. Belə ki, 519,4 hektarı 2019-cu ildə olmaqla, 4479 hektar sahədə qapalı suvarma sistemlərinin tikilərək istifadəyə verilməsi əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və məhsul bolluğunun yaradılmasına imkan verib. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə ardıcıl tədbirlər həyata keçirilir. 2019-cu ilin məhsulu üçün 62 min 970 hektar sahədə əkin aparılıb ki, bu da 2018-ci ilin məhsulu üçün əkilmiş ümumi sahədən 1035 hektar çoxdur. Taxılçılığın strateji əhəmiyyətə malik olması diqqət mərkəzində saxlanılıb. 2019-cu ilin məhsulu üçün 33 min 308 hektar sahədə taxıl əkini aparılıb. Bunun 31 min 667 hektarı payızlıq, 1641 hektarı isə yazlıq taxıldır. Taxıl əkinlərinin 24 min 729 hektarı buğda, 8579 hektarı isə arpadır. Ötən illə müqayisədə taxıl əkini sahəsi 825 hektar artıb.
Diqqətə çatdırılıb ki, ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, onların ixtisaslaşması və dövlət dəstəyinin artırılması məqsədilə 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması aqrar sahəyə göstərilən hərtərəfli və davamlı dövlət qayğısının bariz nümunəsidir. Göstərilən hərtərəfli qayğı və müvafiq dövlət sənədlərinin icrası nəticəsində hazırda muxtar respublikada 1000-dən çox ixtisaslaşmış kiçik və böyük ailə təsərrüfatı fəaliyyət göstərir.
Vurğulanıb ki, hazırda muxtar respublikada 5000 hektar sahədə meyvə bağları mövcuddur ki, bunun da 4170 hektarı barverən bağlardır. Muxtar respublikanın iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik aborigen meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün elmi-tədqiqat işlərinin aparılması da nəzərdə tutulur. Bu istiqamətdə “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində aparılmış tədqiqat işləri nəticəsində 372 meyvə sortunun genetik fondu toplanıb.
Bildirilib ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 319 ədədi 2019-cu ildə olmaqla, cəmi 2694 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq muxtar respublikaya gətirilib, ondan 2108-i lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 163-ü isə nağd və ya köçürmə yolu ilə satılıb. Muxtar respublikada 507 milyon 641 min manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.
Sonra məruzə ətrafında çıxışlar olub.

Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR