Milli mətbuatımızın 145 illik yubileyi münasibətilə Naxçıvan Futbol Federasiyası (NFF) və Naxçıvan Televiziyasının (NTV) əməkdaşları arasında yoldaşlıq görüşü keçirilib.

Matçdan öncə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini Xaliq Babayev, Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Tahir Məmmədli və NFF-nin sədr müavini Sakit Rzayev çıxış edərək əlamətdar gün münasibətilə media işçilərini təbrik edib, onlara uğurlar arzulayıblar. Muxtar respublikada mətbuat və idman sahəsinə xüsusi önəm verildiyini vurğulayan natiqlər qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi mənafelər üçün görülən işlərin sevindirici olduğunu bildiriblər. Qeyd olunub ki, yeni istifadəyə verilən çimərlik futbolu meydançası Uzunoba İstrahət Mərkəzinə əlavə gözəllik qatıb. Meydança həm idman, həm də turizm sahəsinə öz töhfəsini verəcək potensialdadır.
Çıxışların ardından matça start verilib. Hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalan oyunda üstün komanda NFF olub. Federasiya təmsilçiləri 5:4 hesablı nəticə əldə ediblər.

Ceyhun MEMMEDOV