Lionel Messi "Barselona" ilə yeni müqaviləyə dair danışıqları dayandırıb.
İspan komandasının kapitanı 2021-ci ildə klubu tərk etmək niyyətindədir.
Bildirilir ki, 33 yaÅŸlı argentinalı komanda daxili qarşıdurmaların təşəbbüskarı olduÄŸu barÉ™dÉ™ mediada yayılan mÉ™lumatlardan mÉ™yus olduÄŸundan "Barselona" ilÉ™ 2021-ci ildÉ™ sona çatan müqavilÉ™ni yenilÉ™mÉ™k barÉ™dÉ™ danışıqları dayandırıb.Â
Futbolçu klub uğrunda ilk dəfə 2004-cü ildə çıxış edib. İyunun 30-da L.Messi komandanın "Atletiko" ilə matçında karyerasındakı 700-cü qolunu vurub (630 qol "Barselona"da, 70 qol Argentina yığması uğrunda)
2019-cu ilin dekabrında oyunçu "France Football" jurnalının versiyasına görə ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına layiq görülüb. Ümumiliktə L.Messinin arxivində 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə aldığı altı belə mükafat var.