“Naxçıvan” Universitetinin kollektivi muzey günləri çərçivəsində Naxçıvan şəhərində  yerləşən Milli Dəyərlər Muzeyini ziyarət edib. Muzeyin bələdçisi tərəfindən muzey haqqında universitet əməkdaşlarına məlumat verilib.

Bildirilib ki, Milli Dəyərlər Muzeyi 2019-cu il sentyabrın 23-də  istifadəyə verilib.Muzey 1 otaq və 3 ekspozisiya zalından ibarətdir. Hazırda muzeyin fondunda 236 eksponat vardır. Ekspozisiyada Azərbaycan Respublikasının Dövlət Bayrağı , Gerbi  və Dövlət Himninin  mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz nümayiş olunur. Milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə dair bukletlər müxtəlif guşələrdə sərgilənir.

Seyfur Hacımuradov