18 Aprel 2024, Cümə axşamı

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi həm də xalqımızı bir yumruq kimi birləşdirdi. Düşmən üzərindəki qələbə yenilməzlik rəmzinə çevrildi. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq”. İkinci Qarabağ müharibəsində Naxçıvandan olan igid oğullarımız da əsl vətənpərvərlik nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalmışlar.

Martın 18-də Vətən müharibəsi zamanı itkin düşən şəhidimiz Abdullayev İntiqam Allahverdi oğlunun cənazəsi muxtar respublikaya gətirilmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, hərbçilər və şəhidin ailə üzvləri tədbirdə iştirak etmişlər.
Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi.
Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildirdilər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.
Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazəsinin önündən keçildi.
Şəhidin cənazəsi doğulduğu kəndə yola salındı.
Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR