Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi ilə bağlı paylaşım edib.

Xatırladaq ki, müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Dövlətimizin Əsas Qanunu həmin il noyabrın 27-də qüvvəyə minib.