Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublika Sahibkarlar Konfederasiyasının prezidenti Vüqar Abbasov Gəncə şəhərində sahibkarlarla görüşüb.

          Görüşdə əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli ordumuzun keçdiyi qəhrəmanlıq yolundan danışılıb, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Gəncəli sahibkarlarla görüşdən məmnunluğunu bildirən konfederasiya prezidenti Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən danışıb, muxtar respublikada istehsal olunan yerli məhsullardan bəhs edib.

Qeyd olunub ki, müasir tələblər səviyyəsində istehsal olunan və keyfiyyəti ilə seçilən qida və sənaye məhsullarının ölkəmizin digər regionları kimi Gəncə şəhərində də satışı təşkil olunur. Həmçinin buradaki bir sıra satış mərkəzlərində və filiallarda satılan bu məhsulların keyfiyyətinə nəzarət daim diqqət mərkəzində saxlanılır. Görülən işlərin nəticəsdir ki, Naxçıvanın yerli məhsulları artıq burada da özünə xeyli istehlakçı kütləsi qazanıb. 

          Sonra tədbir iştirakçıları Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin baş verdiyi ərazilərdə olub, dünyasını dəyişən şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər.

           “Cahan” Holdinq Kommersiya Şirkətlər İttifaqının

mətbuat xidməti