Son illər Culfa şəhərində aparılan tikinti-quruculuq işləri həyatın bütün sahələrini əhatə edir. İdarə, müəssisə və təşkilatlar üçün yeni binaların inşası da mütəmadi olaraq diqqətdə saxlanılır, işçilərin ilin bütün fəsillərində səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılır. Belə ki, Culfa şəhər İcra nümayəndəliyinin, Culfa şəhər Bələdiyyəsi, Rayon Qeydiyyat Şöbəsi, Statistika İdarəsi, Gigiyena və Epidemiologiya Şöbəsi, Natoriat Ofisi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinin yerləşdiyi inzibat binada aparılan təmir bərpa işlərini artıq yekunlaşmaq üzrədir. Hazırda son tamamlama işlərinin görüldüyü obyektdə yuxarıda adları çəkilən idarə və təşkilatlar üçün müasir iş otaqları tikilib, işçilərin ilin bütün fəsillərində səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılıb. Elektrik, rabitə və qaz təchizatı sistemi yenidən qurulub. Burada yerləşəcək 7 təşkilatın soyuq qış aylarında rahat fəaliyyət göstərməsi üçün fərdi istilik sistemi də quraşdırılıb.
Qeyd edək ki, obyektin tikintisini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon Tikinti İdarəsinin inşaatçıları aparır. İnşaatçılar tərəfindən işin keyfiyyətlə görülməsinə və təhlükəsizlik qaydalarına əməl olunmasına ciddi fikir verilir.

Alim AĞAYEV