2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin əhalinin əlverişli bank xidmətlərindən daha səmərəli yararlanması üçün ötən dövrdə bankın paytaxt Bakı və Naxçıvan şəhərlərində, o cümlədən Şərur, Culfa, Ordubad, Kəngərli rayonlarında filialları istifadəyə verilib. Bankın Şahbuz rayon filialı üçün yeni binanın tikintisi də artıq başa çatıb. Hazırda binada son tamamlama işləri aparılır.
Ümumilikdə, 465 kvadratmetr sahədə yerləşən filial iki mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində əməliyyat, xəzinə, server, qiymətlilərin saxlanılması və gözətçi otaqları, müştəri zalı, qazanxana və foye yerləşəcək. İkinci mərtəbədə isə direktor otağı, əlavə iş otaqları və foye nəzərdə tutulub.

Xəbərlər şöbəsi