Muxtar respublika əhalisinin enerji təhlü­kəsizliyinin təmin olunması Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələr noyabr ayında da xidmət tərəfindən təsdiq olunmuş iş planına əsasən ardıcıl şəkildə həyata keçirilmişdir. Belə ki, ötən ay yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün bir sıra işlər görülmüşdür.

Hesabat ayında muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən “Naxçıvanqaz Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 156 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 146-sı əhali və 10-u qeyri-əhali abonentlərdir. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilmiş, 1 dekabr 2020-ci il tarixə cəmi 20 min 454, o cümlədən cari ilin noyabr ayında 36 qaz sayğacı quraşdırılmışdır. Bu işlər davam etdirilir.
Noyabr ayında Qaz İstismar Xidmətinə tabe şəhər, rayon Qaz İstismar idarələrinin qəza-dispetçer sahələrinin 24 saat aktiv olan 104 nömrəli qaynar xəttinə təbii qaz istehlakçılarından qazsızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 1141 çağırış daxil olmuşdur. Ay ərzində muxtar respublika qaz şəbəkəsində 582 ədəd qazsızması aşkarlanmış, texniki istismar və təhlükəsizlik qaydalarının tələblərinə müvafiq olaraq aradan qaldırılmışdır. Yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korro­ziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi üçün müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur. Yerli Qaz İstismar idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarif­ləndirmə və izahat işi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Qaz İstismar Xidməti