Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti üçün Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni bina inşa edilir.
“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən ucaldılan zirzəmi ilə birlikdə altı mərtəbədən ibarət binada əsas işlər başa çatdırılıb. Binanın son mərtəbəsi mansardtiplidir. Ötən ildən etibarən inşasına başlanan binada hazırda arakəsmələrin hörgüsü, suvaq işləri aparılır, kommunikasiya xətlərinin çəkilişi gedir. Obyektə çox sayda texnika və işçi qüvvəsi cəlb edilib. Binanın inşasında yüksəkkeyfiyyətli yerli inşaat materiallarından istifadə olunur, obyektin vaxtında təhvil verilməsi üçün səy göstərilir.

Xəbərlər şöbəsi