Sədərək rayonunda kənd əməkçilərinə yaz əkinləri üçün kredit verilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov açaraq bildirmişdir ki, keçən il rayonun torpaq mülkiyyətçilərinə 475 min 300 manat güzəştli kredit verilmişdir.
“Naxçıvan-kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Əbülfət Əhmədov bildirmişdir ki, 2012-ci ildə 752 sədərəkli hüquqi və fiziki şəxs kredit götürmüşdür. Vurğulanmışdır ki, torpaq sahibkarları əkinçilikdən yaxşı qazanc götürdükləri kimi, kredit borclarını da vaxtlı-vaxtında ödəmiş, heç bir problem yaratmamışlar. Cəmiyyətin sədri qeyd etmişdir ki, bu gün 214 torpaq mülkiyyətçisinə yaz əkinləri üçün 205 min 300 manat kredit verilir. Onlar bu vəsaitdən təyinatı üzrə istifadə etməli, daxili bazara töhfələrini verməli və əvvəlki illərdə olduğu kimi, borclarını vaxtlı-vaxtında qaytarmağa çalışmalıdırlar.
Sonda torpaq mülkiyyətçiləri Knyaz Əsgərov, Adil Zamanov və başqaları çıxış edərək onlara göstərilən bu qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

 Xəbərlər şöbəsi