Yanvar ayının əvvəllərindən etibarən Naxçıvan şəhərinin Heydər Əliyev prospektində şəhərimizin yeni simvoluna çevriləcək saat qülləsinin inşasına başlanılıb. Milli və müasir memarlıq ənənələrinin sintezi əsasında qurulan qüllənin yerləşdiyi 1200 kvadratmetr ərazidə isə park salınır. Qüllənin yerləşdiyi ərazinin girişində tağvari giriş qapıları inşa olunur, ərazidə müasir işiqlandırma sistemləri və oturacaqlar quraşdırılır, daş döşənilməsi və yaşıllaşdırma işləri aparılır. İnşa olunan yeni qüllənin hündürlüyü 21 metrdən çoxdur. Qüllənin şimal, cənub, şərq və qərbə istiqamətlənmiş üzlərində dörd böyük saat yerləşdiriləcək.

Səbuhi HƏSƏNOV