Hər il olduğu kimi, 2013-cü ilin ötən dövrü ərzində də muxtar respublikada sahibkarlıq subyektlərinə verilən kreditlər davam etdirilib. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Fondundan aldığımız məlumata görə, müxtəlif istehsal sahələrinin yaradılması üçün istifadə ediləcək 31 layihənin reallaşdırılması məqsədilə 1 milyon 176 min manat kredit verilib.
Cari ildə muxtar respublikada bağ sahələrinin genişləndirilməsi üçün reallaşdırılacaq layihələr çoxluq təşkil edir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün bağçılıq təsərrüfatı üzrə 11, üzümçülük təsərrüfatı üzrə 3, limon istixanası üzrə 3 layihəyə kreditlər verilib.
Kreditlərin verilməsi davam etdirilir.

Xəbərlər şöbəsi