Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur”, - deyə nazirliyin məlumatında qeyd olunub.