Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.

Daimi nümayəndəlikdən bildiriblər ki, görüşdə iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlıq, strateji tərəfdaşlıq münasibətləri, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər mövzularda səmimi müzakirələr aparılıb.