Türkiyə sahillərindən bir neçə kilometr məsafədə yerləşən Yunanıstanın Dodekanes arxipelaqı yaxınlığında 5.9 bal gücündə zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Zəlzələnin episentri təxminən 2,5 min insanın yaşadığı Kefalos şəhərindən 39 km cənub-şərqdə, ocağı 2 km dərinlikdə yerləşib.

Dağıntı və itkilər barədə məlumat verilməyib.