Rusiya, Azərbaycan, Ermənistan arasında Qarabağla bağlı razılaşmalar uğurla icra olunur.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Arqumentı i Faktı" qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixi bəyanatlarının icrası uğurla davam edir: "Bu, əsasən münaqişənin humanitar və sosial-iqtisadi fəsadlarının aradan qaldırılması, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına aiddir".

S.Lavrov vurğulayıb ki, yanvarın 30-dan etibarən bölgədə türkiyəli tərəfdaşlarla birgə atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə birgə mərkəz fəaliyyət göstərir.