29 Mart 2024, Cümə

Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin çətin relyefli ərazilərdə zirehli tank texnikalarını idarə edərək döyüş meydanında hədəfləri məhv etmək vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib. Təlim mərkəzlərində sürücülük və atəş bacarıqları yoxlanılan heyətlər zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsini icra edir, müxtəlif manevr və atışlar həyata keçirirlər. Plana uyğun olaraq gecə vaxtı çətin relyef və məhdudgörmə şəraitində təşkil olunan məşğələlərdə ekipajların müasir tank texnikaları ilə minalı sahələrdən, süni və təbii maneələrdən keçməklə atəş tapşırıqlarını yerinə yetirmələri praktik məşq etdirilir.

 *   *  *

Naxçıvan Muxtar Respublikasında əlamətdar və bayram günləri ərəfəsində hərbi hissələrə sovqat aparılması ənənəsi xalq-ordu birliyinin təcəssümüdür. Ənənəyə uyğun olaraq Novruz bayramı ərəfəsində Naxçıvan əhalisi, müxtəlif dövlət qurumları, müəssisə və təşkilatlar, ayrı-ayrı sahibkarlıq subyektləri hərbi hissələrə baş çəkir, əsgərlərə sovqat aparırlar. Belə silsilə tədbirlərin davamı olaraq “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Kazım Mehdiyev tərəfindən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsinə 1000 kiloqram üzüm qurusu təqdim edilib. Adıçəkilən müəssisənin Nehrəm üzümçülük təsərrüfatında yetişdirilmiş məhsulları hərbi hissənin anbarlarına təhvil verilib.

Nəriman NƏCƏFOV

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR