28 Mart 2024, Cümə axşamı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 4-də 67,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,95 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,01 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,06 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,48 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,92 dollar/barel çoxdur.

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR