20 Aprel 2024, Şənbə

Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Təşkilatının hesabat seçki yığıncağı keçirilib. Yığıncaqda Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxış edərək bildirib ki, bu gün 760 min 580 nəfər ziyalı, vətənpərvər, sağlam siyasi əqidəyə malik partiya üzvünü öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının təməl prinsiplərinin formalaşması məhz Naxçıvan Muxtar Respublikasından başlanıb. YAP Naxçıvan Muxtar Respublika Təşkilatı bu yolda inamla addımlayır və partiya üzvləri müxtəlif sahələrdə fəallıq göstərərək istər respublika miqyaslı, istərsə də beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər.

Qeyd edilib ki, muxtar respublikanın ən böyük ali təhsil ocağı olan Naxçıvan Dövlət Universitetində də tələbə-gənclərin təhsili, onların intellektual inkişafı, vətənpərvərliyi, dövlətçiliyimizdə sədaqət rolunda tərbiyəsi və sağlam siyasi təfəkkürdə formalaşdırılması diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Təşkilatının 2 min 162 üzvü vardır. Üzvlərin 211-i professor-müəllim heyəti, 1210-u isə qızdır.
YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov bildirib ki, hazırda muxtar respublikada 502 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlardan muxtar respublika üzrə ən böyüyü məhz Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatıdır. Bu ilk təşkilatı fərqləndirən əsas xüsusiyyət təşkilatın say tərkibində ziyalı təbəqə və fəal gənclərin çox olmasıdır. Partiyanın gələcəyi, onun mövqelərinin saxlanılması və daha da möhkəmləndirilməsi missiyasının uğurla davam etdirilməsi gənclərin əlindədir. İngilis dili və metodika kafedrasının baş müəllimi Aidə Cəlilzadə, universitetin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev və YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli məruzələr ətrafında çıxış ediblər.
Yığıncaqda YAP Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Asəf Əliyev və Universitet YAP Gənclər Birliyinin sədri Elgün Tağıyevin hesabat çıxışları dinlənilib.
Sonra yığıncağın qərarı qəbul edilib. Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının 13 nəfərdən ibarət idarə heyəti və yeni sədri seçilib.
Sonda Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının yeni seçilən sədri Arzu Abdullayev minnətdarlıq edib, təşkilatın fəaliyyətinin genişləndirilməsində səylə çalışacağını bildirib.

Xəbərlər şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR