2021 Formula 1 Azərbaycan Qran Prisi koronavirus pandemiyası səbəbindən azarkeşlər olmadan keçiriləcək.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bu gün keçirilən seminarında bildirilib.

Qeyd olunub ki, hazırda kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulduğu üçün Formula 1 yarışının azarkeşlər olmadan keçirilməsinə qərar verilib.