Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri gözlənilir.

Bunu Türkiyədə səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

O bildirib ki, tezliklə səfərin tarixi və digər detalları müəyyənləşdiriləcək.

İranlı nazir, həmçinin Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya, İran və Gürcüstanın iştirakı ilə regional əməkdaşlıq platformasının yaradılmasına ümidvar olduğunu deyib.