Türkiyə Qətər və Səudiyyə Ərəbistanı arasında quru, dəniz və hava sərhədlərinin açılmasını alqışlayır.

 Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Qətər və Səudiyyə Ərəbistanı arasında quru, dəniz və hava sərhədlərinin açılması ilə bağlı əldə olunan razılığı alqışlayırıq.Bu razılaşma Fars Körfəzi bölgəsində 2017-ci ilin iyunundan bəri davam edən qarşıdurmanın nizamlanması istiqamətində əhəmiyyətli bir addımdır".

Nazirlik Fars körfəzində fikir ayrılıqlarının "hərtərəfli və qalıcı" həllinə ümid etdiyini də qeyd edib.