Futbol üzrə Azərbaycan Region Liqasının Naxçıvan zonasında növbəti turun oyunları keçirilib.
Şərur Olimpiya İdman Kompleksinin stadionunda yerli “Arpaçay” komandası Ordubadın “Dübəndi” komandasını qəbul edib. İlk hissəsi qolsuz heç-heçə ilə başa çatan görüşün son 15 dəqiqəsində 3 qol vuran şərurlular meydanı 3:1 hesablı qələbə ilə tərk ediblər. Həmin arenada keçirilən digər oyunda isə azarkeşlər daha maraqlı oyuna şahidlik ediblər. “Babək” komandasını qəbul edən “Kəngərli” komandası məğlubiyyətdən yaxa qurtara bilməyib – 0:1.
Uzunoba Təlim-Məşq İdman Kompleksində Culfanın “Əlincə” komandası Şahbuzun “Batabat” komandasını qəbul edib. Görüş culfalıların 7:2 hesablı qələbəsi ilə başa çatıb. “Araz-Naxçıvan”-“Sədərək” oyunu isə təxirə salınıb və bu həftə keçiriləcək.

Ceyhun MƏMMƏDOV