Rusiyanın Nijnevartovsk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku keçirilib. 6-12 dekabr tarixlərdə 18-ci dəfə təşkil edilən yarışda Azərbaycan millisinin boksçuları da güclərini yoxlayıblar.
Mundialda iştirak edən millimizin heyətində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirməsi Eldar Quliyev də çıxış edib. 86 kiloqram çəki dərəcəsində rinqə çıxan dəri əlcək sahibimiz ilk mərhələdə Tacikistan boksçusunu məğlub edib. Digər mərhələlərdə rusiyalı iki idmançını məğlub edən Eldar Quliyev yarımfinalda məğlub olub və bürünc medal qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif edilib.

Ceyhun MƏMMƏDOV