Bakı şəhərində Azərbaycan Milli Karate Federasiyasının yeniyetmə və gənclər arasında 21-ci respublika birinciliyi keçirilib.


Vətən müharibəsində qazanılan zəfərin ildönümünə həsr olunmuş yarışda Naxçıvan Karate-do Federasiyasının 6 idmançısı iştirak edib. Təmsilçilərimizdən 3-ü mükafatçılar sırasına düşməyi bacarıb.
Nəticələrə əsasən 18-20 yaş kateqoriyası üzrə İmran Həsənov (-60 kiloqram), 16-17 yaşlılarda Fatimə Bədəlova (59 kiloqram) və 18-20 yaşlılar arasında Rəşad Qasımov (-67 kiloqram) bürünc medal qazanıblar.
İdmançılara diplom, medal və xatirə hədiyyəsi təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti