Ağdam Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan universal döyüş növü üzrə turnir keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının idmançıları da mübarizə aparıb və mükafatçılar sırasına düşüblər. Belə ki, 35 kiloqram çəki dərəcəsində Fərid Orucov, 45 kiloqram çəki dərəcəsində Sadiq Kərimov, Uğur Əliyev, Rəhim Əşrəfov bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıblar. Sərdar Qurbanov (35 kiloqram), Əbülfəz Cəfərov (40 kiloqram), İbrahim Əlizadə (50 kiloqram), İsmayıl Hüseynzadə (50 kiloqram), Məhəmmədəli Qasımov (55 kiloqram) və Səhət Əsədov (60 kiloqram) yalnız final görüşlərində məğlub olaraq ikinci yerlə kifayətləniblər. İlqar Səfərli (30 kiloqram), Nurəddin Əliyev (30 kiloqram), Rəhim Quluzadə (35 kiloqram), Şahin Səfərli (45 kiloqram) və Fuad Quliyev (75 kiloqram) isə üçüncü olublar.
Qaliblərə təşkilatçıların diplom və medalları təqdim edilib.

Ceyhun Məmmədov