Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş yoldaşlıq görüşü keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Federasiyanın sədr müavini Ənvər Məmmədov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində törətdikləri faciədən danışıb.
Sonra meydana “Naxçıvan-1” və “Naxçıvan-2” komandaları çıxıblar. Gərgin mübarizə şəraitində keçən oyun “Naxçıvan-1” komandasının 69:66 üstünlüyü ilə başa çatıb.
Daha çox top sehrbazlarının mükəmməl oyunu ilə yaddaqalan yoldaşlıq görüşündən sonra federasiya oyun zamanı fərqlənən basketbolçuları xatirə hədiyyələri ilə mükafatlandırıb.  

Ceyhun MƏMMƏDOV