Naxçıvanda keçirilən şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib.
Naxçıvanlı şahmatçı Nəsrin Babayeva (1704) bu turda FIDE ustası Ləman Hacıyeva (1982) ilə qarşılaşıb və turu məğlubiyyətlə başa vurub.
Digər zəka sahibimiz Nazlı Hümbətova (1381) qrossmeyster Zeynəb Məmmədyarova (2274) ilə qarşılaşıb və “sülh”ə imza atıb. Eyni nəticə beynəlxalq usta Səbinə İbrahimova (2213) ilə beynəlxalq usta Gövhər Beydullayevanın (2263) oyununda da qeydə alınıb.

Beynəlxalq usta Gülnar Məmmədovaya (2382) rəqib olan qrossmeyster Ülviyyə Fətəliyeva (2301) məğlubiyyətə uğrayıb.
Qrossmeyster Xəyalə Abdulla (2263) bu turda FIDE ustası Ayan Allahverdiyevadan (2088) üstün olub. Səbinə Rzalı (1925) ilə Mələk İsmayıl (1997) arasında keçirilən görüş heç-heçə başa çatıb.
Turnir cədvəlinə hazırda 5,5 xalla Gülnar Məmmədova başçılıq edir.
Bu gün 7-ci turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:
Ləman Hacıyeva - Gövhər Beydullayeva
Ülviyyə Fətəliyeva - Nazlı Hümbətova
Zeynəb Məmmədyarova - Ayan Allahverdiyeva
Səbinə İbrahimova - Səbinə Rzalı
Xəyalə Abdulla - Nəsrin Babayeva
Mələk İsmayıl - Gülnar Məmmədova
Görüşlər saat 14:00-da başlayacaq.

Ceyhun MƏMMƏDOV