Naxçıvan Futbol Federasiyasının dəvəti ilə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, texniki direktor Cahangir Həsənzadə və Kütləvi Futbol Departamentinin müdiri Fərrux İsmayılov Naxçıvan şəhərinə səfərə gəlib.
Səfər çərçivəsində AFFA-nın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Naxçıvan Futbol Federasiyasının prezidenti Azad Cabbarovla görüşüb, müxtəlif futbol tədbirlərinin təşkili, kütləviliyin artırılması ilə bağlı fikir mübadiləsi aparıb.
Sonra AFFA rəsmiləri bir müddət öncə istifadəyə verilmiş Uzunoba Təlim-Məşq İdman Kompleksinə gedərək burada yaradılmış şəraitlə yaxından tanış olublar.

 Ceyhun MƏMMƏDOV