Formula 1 Azərbaycan Qran-Prisinin təqvimi açıqlanıb.

Bakı şəhər halqasında yarış iyunun 4-də yerli vaxtla saat 13:30-da start götürəcək. Həmin gün saat 17:00-da ikinci test yürüşü başlayacaq. Növbəti - sonuncu sərbəst yürüş iyunun 5-də saat 14:00-da başlayacaq. Hər üç yürüş bir saat davam edəcək. Sıralama turu iyunun 5-də saat 17:00-da start götürəcək. Azərbaycan Qran-Prisi isə iyunun 6-da saat 16:00-da başlayacaq.

Xatırladaq ki, Formula 1 yarışları Bakıda 2016-cı ildən keçirilir.