Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkilatçılığı ilə XII muxtar respublika futbol çempionatında yeddinci turun oyunlarına yekun vurulmuşdur.

İlk oyunda “Əlincə” öz meydanında “Batabat”a 3 top fərqi ilə məğlub olmuşdur. “Əlincə” – 1 “Batabat” – 4. Turun ikinci oyununda “Arpaçay” “Sədərək” komandasının qapısından 5 cavab­sız top keçirmişdir. Bu turda “DİN FK”–“Kəngərli”  görüşü 6:1, “Babək”–“Universitet” qarşılaşması 0:4, “Araz-2” – “Dübəndi” oyunu 3:0 hesabı ilə başa çatmışdır.
Yeddinci turdan sonra turnir cədvəlindəki vəziyyət aşağıdakı kimidir: