Naxçıvan Dövlət Universitetində tələbələr üçün seminar-treninq keçirilib.
Sonra universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov çıxış edərək bildirib ki, ali təhsil ocağında keçirilən hər bir məşğələ tələbələrin müxtəlif idman növü üzrə təcrübələrinin artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə yönəlib.

Bədən tərbiyəsi kafedrasının dosenti, İdman klubunun sədri Məmmədəli Rəhimov bildirib ki, seminar-treninqin əsas məqsədi tələbələr arasında futbol, voleybol və cüdo üzrə ictimai hakimlər hazırlamaqdır. Vurğulanıb ki, həmin hakimlər universiada və muxtar respublika çempionatında iştirak edəcək və qazandıqları təcrübə əsasında gələcəkdə futbol, voleybol, cüdo idman növləri üzrə yarışlarda hakimlik edəcəklər. Diqqətə çatdırılıb ki, bilik, bacarıq və təcrübələrini zənginləşdirən hakimlərin gələcəkdə ümumrespublika və beynəlxalq yarışlarda iştirakı da nəzərdə tutulub.
Qeyd edək ki, 5 həftə davam edəcək, seminar-treninqə universitetin müəllimlərindən cüdo idman növü üzrə Cavanşir Rəhimov, voleybol üzrə Nazim Əliyev, futbol üzrə isə Yusif Vəliyev rəhbərlik edəcək.

Səadət ƏLİYEVA