İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo koronavirusa yoluxub.

 Portuqaliya Futbol Federasiyasına istinadla xəbər veririk ki, hücumçunun testi müsbət nəticə verib. Təcrübəli forvard karantinə alınıb.

Beləliklə, Ronaldo oktyabrın 14-də UEFA Millətlər Liqası çərçivəsində İsveçdə keçiriləcək matçı buraxacaq.