Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatında yarımfinal görüşləri olub.
İlk olaraq meydana “Şahinlər” və “Badamlı” komandaları çıxıb. Məğlubiyyətsiz olaraq bu mərhələyə kimi yüksələn hər iki komandanın görüşü gözləniləndən də gərgin keçib. Oyunun gedişatında üstünlüyü ələ alan “Badamlı” komandası 2:1 hesablı qələbə qazanaraq finala yüksəlib.
Günün digər görüşündə “Naxçıvan Dövlət Universiteti” komandası “Panter”lə üz-üzə gəlib. Hər iki tərəfin oyun boyu hücumları nəticəsində azarkeşlər gərgin və maraqlı oyuna şahidlik ediblər. Nəticədə, 3:2 hesabı ilə qalib gələn “NDU” komandası həlledici qarşılaşmada oynamaq hüququ qazanıb.