Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çempionatda mübarizə davam edir.

Artıq çempionatda qrup mərhələsinin oyunlarına yekun vurulub. “B” qrupunun son görüşündə “Şahinlər” komandası “Batabat” komandasını 11:0 hesabı ilə məğlub edib. “A” qrupunda isə gərgin keçən görüşdə “Badamlı” komandası “Bənəniyar”dan üstün olub – 6:5.

“C” qrupunun lideri “Panter” “Əlincə” komandasını məğlub etməkdə çətinlik çəkməyib – 7:2. “Naxçıvan Dövlət Universiteti” komandasının rəqibi bu turda “Antiinhisar” komandası olub. Görüş tələbələrin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrup mərhələsinin son görüşündən sonra “Badamlı”, “Prestij” (“A”qrupu), “Şahinlər”, “Aralıq” (“B” qrupu), “Panter”, “Hava Limanı” (“C” qrupu), NDU və “Antiinhisar” (“D” qrupu) komandaları 1/4 finala vəsiqə qazanıblar.

 Ceyhun MƏMMƏDOV