Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində sağlamlıq imkanları məhdud gənclər arasında fərdi “Xəmsə” intellektual oyunu keçirilib.
Hər mövzuda 4 nəfər gəncin iştirak etdiyi oyunda mövzuya uyğun olaraq 5 sual cavablandırılıb. Hər bir gənc oyunda iki dəfə iştirak edib. Sonda oyunun hər iki mərhələsinin nəticəsinə görə ən çox xal toplayan Elmar Maqsudov I, Hüseyn Novruzov II, İradə Hüseynli isə III yerə layiq görülüblər. Oyunun qalibləri diplom, digər iştirakçılar isə Fəxri fərmanla təltif olunublar. Həmçinin iştirakçıların hər birinə təşkilatçılar tərəfindən kitablar hədiyyə olunub.
İntellektual oyun Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti