19-21 oktyabr 2013-cü il tarixlərdə Balakən Rayon Olimpiya İdman Kompleksində məktəblilərin VI Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə turnir keçirilmişdir. Yarışda muxtar respublikamızın da idmançısı iştirak etmişdir. 45 kiloqram çəkidə mübarizə aparan Sərdar Əliyev finala qədər yüksələ bilmişdir. Həlledici mərhələdə də bu üstünlüyü əldən verməyən güləşçimiz yarışın qızıl medalına sahib olmuşdur. Fəxri yeri tutan idmançımıza diplom və medal verilmişdir. Eyni zamanda təmsilçimiz qazandığı nəticəyə görə bu ilin dekabr ayında keçiriləcək beynəlxalq turnirdə iştirak etmək hüququnu əldə etmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti