Naxçıvan şəhərindəki “Gənclər şəhərciyi” yaşayış kompleksinin basketbol meydançasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib.
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında keçirilən görüşdə “Sədərək” və “Kəngərli” komandaları üz-üzə gəlib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının təşkil etdiyi yoldaşlıq görüşündə Sədərək basketbolçuları 41:39 hesabı ilə qələbə qazanıblar.
Sonda hər iki komandaya basketbol topu hədiyyə olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti