Naxçıvan Muxtar Respublika Stadionunda yeniyetmələrin yay tətilinin səmərəli təşkili məqsədilə yüngül atletika üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Tədbirin açılış mərasimində çıxış edənlər bildiriblər ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmələrin yay tətilində asudə vaxtlarının daha da səmərəli olmasını təşkil etmək və onları sağlam həyat tərzinə uyğunlaşdırmaqdan ibarətdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə keçirilən yarış Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilib.
Yekun nəticəyə əsasən 60 metr məsafədə Fuad Quliyev, 100 metr məsafədə Xəyal Fərəcli, 200 metr məsafədə isə Allahverdi Məmmədov finiş xəttinə hamıdan öncə çatıblar.
Sonda qalib idmançılara diplomlar təqdim olunub.

- Ceyhun MƏMMƏDOV