Madridin "Real" komandası vaxtından əvvəl futbol üzrə İspaniya çempionu oldu.

37-ci turun matçında komanda Kərim Benzemanın dublu sayəsində evdə "Villarreal"ı 2:1 hesabı ilə məğlub etdi və ikinci yerdə olan "Barselona" üçün əlçatmaz oldu.

"Real" mövsümün sonuna 1 tur qalmış 86 xal toplayıb, "Barselona"nın aktivində 79 xal var. 

Kataloniya klubu paralel matçda "Osasuna"ya məğlub oldu (1:2).

Madridlilər 2016/17 mövsümündən bəri ilk dəfə çempion oldu. Bu titul "Real" Madrid üçün 34-cü olub.