Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Par­alimpiya Federasiyasının təşkil etdiyi 18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında açıq səma altında keçirilən boccia idman növü üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
20-yə yaxın idmançının mübarizə apardığı birincilikdə qalib adını Vahid Nuriyev qazanıb. Turqay Məmmədov ikinci, Canər Tağızadə isə üçüncü olublar.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom, digər iştirakçılara isə fəxri fərmanlar təqdim edilib.

- Ceyhun MƏMMƏDOV