Milli Qurtuluş Gününə həsr olunmuş Naxçıvan Muxtar Respublika məktəblərinin şahmatçıları arasında komanda birinciliyinə yekun vurulub.
Komanda birinciliyi şahmatçılar arasında dostluq və idman əlaqələrini inkişaf elətdirmək məqsədilə Naxçıvan Şahmat Federasiyasının təşkilatçılığı ilə Şərur Rayon Şahmat məktəbində təşkil edilib.

Uzun müddətli karantin müddətindən sonra keçirilən turnirdə şahmatçılar böyük həvəslə iştirak ediblər. Turnirdə hər komanda 4 oğlan və 2 qız şahmatçı ilə mübarizə aparıb.
Yekunda Naxçıvan komandası I, Babək komandası II, Ordubad komandası isə lll olub. Qaliblər kubok və diplomlarla mükafatlandırılıblar.

Ceyhun Məmmədov