Azərbaycan birinci divizionunun 4-cü turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası növbəti görüşünü keçirəcək. Qazaxın “Göyəzən” futbol komandasının qonağı olacaq qırmızı-ağlar bu gün Gəncəyə yola düşüblər. Burdan isə Naxçıvan təmsilçisi Qazaxa yollanacaq. Komandamız Qazax Olimpiya İdman Kompleksində məskunlaşacaq və bu gün oyunun keçiriləcəyi stadionda məşqə çıxacaq. “Araz-Naxçıvan”ın heyətində zədəli və ya cəzalı olan futbolçu yoxdur.
Qeyd edək ki, oyunu idarə edəcək hakimlər briqadası artıq məlum olub. “Göyəzən”-“Araz-Naxçıvan” matçı FİFA dərəcəli təcrübəli hakim Anar Salmanova həvalə edilib. Ona bu görüşdə Yaşar Abbasov və Ra­hin Heybətov köməklik edəcəklər. Namiq Süleymanov isə dördüncü ha­kim funksiyasını yerinə yetirə­cək. Oyunun hakim-inspektoru Namiq Qasımovdur.
“Göyəzən”-“Araz-Naxçıvan” matçı sabah Qazax Şəhər Stadionunda oynanılacaq.

Ceyhun MƏMMƏDOV