Sentyabr ayının 20-dən 24-dək paytaxt Bakı şəhərində üzgüçülük üzrə Azərbaycan Respublikası Yay Çempionatı keçirilmişdir. Çempionatda qələbə uğrunda səylə mübarizə aparan bir idmançımız muxtar respublikamıza medalla qayıtmışdır. Belə ki, dəfələrlə ölkə və muxtar respublika səviyyəli birinciliklərin mükafatçısı olmuş Şahin Qubadov bu yarışda növbəti uğurlu nəticəsini göstərə bilmişdir. O, üzgüçülüyün 50 metrə brass növü üzrə öz qüvvəsini sınayaraq üçüncü yerə çıxmışdır. Yarışda fəxri yeri tutmuş idmançımız diplom və medalla təltif edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti